Manifesto ictimaiyyətlə əlaqələr Agentliyi | Bir başka WordPress sitesi
13134
home,page,page-id-13134,page-template,page-template-full_width,page-template-full_width-php,ajax_fade,page_not_loaded,,qode-title-hidden,qode-theme-ver-9.5,wpb-js-composer js-comp-ver-4.12,vc_responsive

PR

Manifesto PR təşkilat və brendlərə kommunikasiya üzrə konsultasiya xidməti göstərir. Brend idarəçiliyindən media əlaqələrinə, böhran idarəçiliyindən maliyyə əlaqələrinə, səhiyyə əlaqələrindən siyasi əlaqələrə, marketinq PR-dan ictimai məsuliyyət kampaniyalarına qədər kommunikasiya və əlaqə adı altında qiymətləndirilən hər mövzuda Manifesto PR mütəxəssisləri və təcrübəli heyətiylə İstanbul Etiler-də fəaliyyət göstərir.

EVENT

Manifesto Event təşkilat və brendlərə tədbirlərin təşkili və idarəçiliyi xidmətini təklif edir. Mətbuat konfranslarından qala yeməklərinə, konfranslardan road-şoulara qədər brendlərin ehtiyac duyduğu hər növ tədbirlərin keçirilməsi üçün böyük bir heyətlə çalışır. Manifesto-nun event və kreativ şöbələrinin əməkdaşlığından isə yaradıcı anlayışlar, qeyri-adi tədbir layihələri meydana çıxır.

CREATIVE

Manifesto Creative təşkilat və brendlərə vizual kommunikasiya xidməti göstərir. Təşkilat və brend kimliyi yaratmaqdan reklam kampaniyasının hazırlanmasına, təqdimat hazırlığından müddətli yayım hazırlanmasına qədər brend və təşkilatların yaradıcı fikirlərə ehtiyac duyduğu hər sahədə Manifesto Creative-in yaradıcı heyəti həll təklif edir.

MANİFESTO Nədir?

Manifest latın mənşəli bir sözdür, manus (əl) və fest (basmaq) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Lüğət mənası; ictimai bir hərəkatın yayılması və arqumentlərin ifadə edilməsi əsasında qurulan bir axının mövcudluğunu bildirən yazılara deyilir. Manifesto bir deklarasiyadır, bir hərəkat birliyidir, bəzən bir etirazdır. Nə işlə məşğuldur? Bu faktı işinizlə birləşdirir, məhsul və xidmətlərinizi ictimaiyyətə tanıdır, ictimaiyyəyə çatdırmaq istədiyiniz dəyərləri və fikirləri çatdırır. Heç nəyə qərəzli yanaşmır! Manifesto-nun manifestində hər şey olar deyir. Hər şey çatacaq deyir. Həll tapır, problem yaratmır. Lazımsız gərginlik sevmir, işini sevir. İnsan əlaqələrini sevir, insanları sevir. Fərq qoymur. Fərqinin bilinməsini istəyir. Ən əhəmiyyətlisi, müvəffəqiyyətli olmaq istəyir. Hamı ilə birlikdə!

MANİFESTO İLETİŞİM QRUPU

PR, Tədbir Təşkilatçılığı, Kreativ Reklam şöbələri ilə genişmiqyaslı kommunikasiya üzrə konsultasiya xidməti göstərən Manifesto qrupu, Türkiyə xaricində də şirkət quraraq brendini sərhədlərdən xaricə daşıyan ilk Türk kommunikasiya qrupudur.

Orta şərqdə Abu Dabi, Dubay, Ras Əl Xaimah, Qahirə, Ərbil, Avropada isə Moskva və Monte Karloda olmaqla 7 ayrı şəhərdə nümayəndəlikləri olan Manifesto, müstəqil kommunikasiya agentliklərinin birləşdiyi dünyanın ən böyük kommunikasiya şəbəkəsi olan WORLDCOM-a üzv olan tək Türk kommunikasiya şirkətidir.

Niyə WORLDCOM?

Müasir dövrün rəqabətçi bazarlarında, müəssisələrin marketinq istiqamətində öz planlarını qlobal mühitdə diktə etməyə çalışması bəzən müvəffəqiyyətli olur. Ancaq yeni bazarlara çıxmaq bəzən gözlənilməz problemləri də özü ilə birlikdə gətirir.

Hədəf Bazarlarda məhsul və xidmətləri tanıda bilmək, gücləndirmək üçün mədəni fərqliliklərdən irəli gələn problemlərin öhdəsindən gələ bilmək, qanun çıxaranların və tətbiq edənlərin sektorla bağlı nə edəcəyini bilmək ancaq yerli Bazar araşdırması və kəşfiyyatı ilə mümkündür. Bu baxımdan WORLDCOM dünya brendlərinin yerli, yerli brendlərin qlobal həll ortağı və qiymətsiz bir mənbə olmuşdur. Manifesto bu gücü Türkiyədə təmsil edir.

Mərkəzi ofisi İstanbulda olan Manifesto, beynəlxalq sahədəki gücüylə, telekommunikasiya, pərakəndə, maliyyə, səhiyyə, enerji, maşınqayırma, tikinti və turizm sektorlarındakı müştərilərinə müxtəlif yerli və beynəlxalq layihələrdə müvəffəqiyyətli xidmətlər göstərir.

Türkiyədəki milli, yerli və sektorlar üzrə media nümayəndələri ilə güclü əlaqələri olan Manifesto İletişim Qrupu, yerli və xarici müştərilərinə media əlaqələri mövzusunda kömək edir.
Yeni nəsil media agentliklərinin sektorda fərq yarada bilməsi ancaq müasir texnologiyalara özünü uyğunlaşdırmaqla mümkündür. Bu səbəblə Manifesto ictimai media idarəçiliyi mövzusunda da seçilən müştərilərinə xidmət göstərir.

Manifesto İletişim Qrupu, qeydiyyatdan keçmiş brendi Patronlar Kulübü adı altında qrupun İstanbulda xidmət göstərdiyi təşkilat və brendlərin müşahidə şurası sədrlərinin iştirak etdiyi iclaslar təşkil edir. Ayda bir dəfə təşkil edilən bu iclasların məqsədi Manifesto-nun portfelində olan müştərilər arasında sinerji yaratmaq, investorlara iş inkişafı idarəçiliyi imkanları verməkdir.